MALİYYƏ

Gürcüstanın Azərbaycana borcu azalıb

İyulun 1-nə olan məlumata əsasən, Gürcüstanın Azərbaycana 6,107 milyon ABŞ dolları həcmində borcu var.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin hesabatında bildirilib.

Aylıq müqayisədə qonşu ölkənin Azərbaycana borcunda 184 min dollar azalma qeydə alınıb.

Gürcüstanın ümumi xarici borcu isə 163 260 dollar artaraq 6,142,531 min dollara bərabər olub.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələr Almaniya (372,396 milyon dollar), Fransa (457,182 milyon dollar) və Yaponiyadır (213,377 milyon dollar).

Gürcüstanın qonşu Türkiyə, Rusiya və Ermənistana isə borcu aylıq müqayisədə nisbətən azalaraq müvafiq olaraq 11,780 milyon dollar, 46,019 milyon dollar və 6,326 milyon dollar təşkil edir.    

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)