KTMT baş katibi cəbhədəki vəziyyətlə bağlı TƏCİLİ İCLAS ÇAĞIRDI
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Stanislav Zas Azərbaycan-Ermənistan sərhədində baş verən qarşıdurma ilə əlaqədar Daimi Şuranın təcili iclasını çağırıb.
ENA.az xəbər verir ki, bu barədə məlumatı təşkilatın mətbuat xidməti yayıb.
“İyulun 12-si Ermənistan-Azərbaycan sərhədində, Tavuş istiqamətindəki qarşıdurma ilə əlaqədar KTMT-nin baş katibi Stanislav Zas iyulun 13-ü KTMT-nin Daimi şurasını təcili iclasa çağırıb”, - məlumatda deyilir.