Birja

"Qızıl yürüşü"ndə qiymət 9 İLİN ZİRVƏSİNƏ QALXDI

Mərkəzi bankların malik olduqları valyutalar pandemiya nəticəsində dəyərdən düşüdü və bu vəziyyət qızıla olan tələbatı artırdı. "ABN Amro" analitikiləri bir unsiya qızılın 2000 dollara çata biləcəyini bildirir. 

ENA.az xəbər verir ki, qızıl, ənənəvi olaraq, fırtınalı dövrlərdə bazarların etibarlı sığınacağı olaraq tanınır. Ancaq riskli aktivlər kimi tanınan səhm birjalarının güclü geri dönüşündən sonra belə qızılın qiyməti doqquz ilin zirvəsinə qalxdı. 

ABŞ Mərkəzi Bankının (FED) faiz dərəcələrini aşağı salması qızıla sərmayə qoyan  investorların normal şərtlərdə istiqrazlarla əldə etdikləri gəlirdən daha çox qazanmaları üçün bir mühiti təmin etdi.

Azərbaycan Mərkəzi Bankı bu gün qızılın unsiyasının 3062.5925 olduğunu açıqlayıb. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)