Bank

Mərkəzi Bank 150 milyon manatı dövriyyədən çıxaracaq: DEPOZİT HƏRRACI

13 iyul 2020-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı keçiriləcək.

ENA.az xəbər verir ki, hərracı ilə 150 milyon manat cəlb edilməsi planlaşdırılır.

Məbləğin artırıla bilən hissəsi: hərrac məbləğinin maksimum 20%-i, Müddət: 14 gün; Faiz dərəcəsi: 6,51% - 6,99%-dir.

Xəbər verdiymiz kimi, 06.07.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 408,2 milyon manat təşkil etmiş, 100 milyon manat cəlb edilmişdi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)