Vakansiyalar

"Kontakt Home" işçilər axtarır - MAAŞ 1500 - 5000 MANAT

Vacancy: Korporativ satışlar üzrə menecer

Vəzifə öhdəlikləri:

• Yeni korporativ müştəriləri cəlb etmək, müştəri bazasını genişləndirmək;
• Müştəri bazasının genişləndirilməsi məqsədi ilə bazarın müntəzəm təhlilini aparmaq;
• İnternet və digər kanallar üzərindən potensial müştəri və tender axtarışını həyata keçirmək;
• Müştərilərlə zəng və ya e-mail vasitəsi ilə ilkin əlaqəni qurmaq və görüşləri təyin etmək;
• Danışıqlar aparmaq, təqdimatları keçirmək və təklifləri vermək;
• Şirkətin strategiyasına uyğun olaraq məlumat bazalarını təmin etmək və yeniləmək;
• Korporativ müştərilərlə iş səviyyəsini inkişaf etdirmək;
• Görülən işlər barədə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.

Tələblər:

• Korporativ satış sahəsində təcrübə - 3 ildən çox
• Azərbaycan və rus dillərini mükəmməl bilməli
• Ali təhsil
• Elektronika satışı sahəsində təcrübə arzu olunandır

Şəxsi keyfiyyətlər:

• İnsanlarlarla ünsiyyət və münasibət qurmaq bacarığı
• Liderlik keyfiyyətlərinə malik olmalı
• Məsuliyyətli və inkişafa meyilli olmalı
• Stresə davamlı olmalı

İş barədə məlumat:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş qrafiki: I-V günlər, 09:00-18:00
• Əmək haqqı- 1500 AZN-dən + bonus

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Korporativ satışlar üzrə menecer” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

***

Vacancy: Marketinq üzrə direktor

Vəzifələr:

• Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq marketinqin effektivliyinə öz töhvəsini vermək; fəaliyyət növünü və istiqamətini tövsiyyə etmək; direktivləri tətbiq etmək.
• Hər məhsulun marketinq planı və proqramlarını inkişaf etdirərərək bazarda pay əldə etmək; təşviqat kampaniyasını istiqamətləndirmək.
• Bazarın vəziyyətinin araşdırılması, analizi və interpretasiyası yolu ilə qısa və uzunmüddətli proqnozları və hesabatları hazırlamaq.
• İndiki və gələcək bazar tendensiyasını təyin etmək və qiymətləndirməklə hazırki və gələcək məhsullara təsir göstəmək.
• Bazarın inkişaf statistikasının analizinə uyğun olaraq mövcud olan məhsulların istifadəsinin inkişafı; məlumatı əldə etmək və analiz etmək; daxili və xarici mənbələrdən istifadə etmək.
• İllik büdcəni hazırlayaraq maliyyə hədəflərinə çatmaq; xərclərin cədvəlini yaratmaq; doğru addımların atılmasında təşəbbüs göstərmək.
• İşçilərin planlaşdırılması və təyin olunması ilə marketinq departamentinin əməliyyat tələblərini yerinə yetirmək; işin nəticələrini izləmək.
• İşə götürmə, seçim etmə, istiqamətləndirmə və təlimatlandırmaqla marketinqdə işçi qüvvəsini təmin etmək.
• Məlumat, təhsil, təcrübə əldə etmək imkanları yaradaraq marketinq işçilərini inkişaf etdirmək.
• Təhsil yarmarkalarında iştirak etməklə professional və texniki biliklərini təkminləşdirmək; professional dərcləri nəzərdən keçirmək; şəxsi əlaqələrin yaradılması.
• Uğurlu nəticələr əldə edərək komanda işinə öz töhvəsini vermək.

Tələblər:

• İqtisadiyyat, marketinq və ya biznes idarəçiliyi üzrə ali təhsil;
• Analoji sahədə ən azı 3 il iş təcrübəsi;
• Yüksək analitik düşüncə qabiliyyəti, ünsiyyət və təqdim etmə bacarıqlarına malik olmaq;
• Məqsədyönlü, məsuliyyətli, operativ və yeni ideyalara malik olmaq.
• Strateji təhlil və proqnozlaşdırma, reklam və PR sahələrində zəngin biliklər
• Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq.

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• Əmək haqqı 5000 AZN-ə dək

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən CV formasını mövzu yerində “Marketinq üzrə direktor” qeyd edərək hr@kontakt.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

***

Vacancy: Satış üzrə analitik

Vəzifə öhdəlikləri:

• Analitik və əməliyyat hesabatları üçün müvafiq məlumatların vahid məlumat bazasına toplanması;
• Yeni satış imkanlarının araşdırılması və üzə çıxarılması üçün faydalı ola biləcək xarici məlumat mənbələrinin və məlumatların əldə edilməsi;
• Məhsullar üzrə mövcud satış / müştəri bazasının analitik təhlilinin aparılması;
• Yeni müştərilərin cəlb edilməsi və mövcud müştərilərin saxlanılması məqsədilə müştərilərin davranış məlumatlarının təhlil edilməsi;
• Müştərilərin tələblərinə uyğun məhsul və təkliflərin hazırlana bilməsi üçün daxili və xarici məlumat bazaları analizlərinin aparılması və nəticələrin təqdim edilməsi;
• Qərarvermə prosesini sürətlandirmək üçün istifadəçi yönümlü hesabatların yaradılması;
• Mağazalar üzrə satış aktivliyini izləmək.

Tələblər:

• Uyğun sahə üzrə təcrübə;
• Yüksək excel bilirləri;
• Analitik düşüncə tərzi;
• Kollektivlə işləmə bacarığı;
• Rus dili biliyi arzuolunandır.

İş şəraiti:

- İş qrafiki: I-V günlər, 09:00-18:00
- Əmək haqqı: 1500 AZN

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Satış üzrə analitik” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməyiniz xahiş olunur.

İş elnalarından daha tez xəbər tutmaq üçün   FACEBOOK  səhifəmizi BƏYƏNİN!  

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department