Sığorta

"Rəvan Sığorta" ləğv oluna bilər - İCLAS KEÇİRİLƏCƏK

10.08.2020-ci il tarixdə saat 11:00-da “Rəvan Sığorta” ASC Səhmdarlarının Ümumi Yığıncağı keçiriləcək. 

ENA.az xəbər verir ki, gündəlikdə duran məsələlər aşağıdakılardır:

1.  "Rəvan Sığorta" ASC-nin könüllü qaydada ləğv edilməsi məsələsinə münasibət.

2. "Rəvan Sığorta" ASC-nin lisenziyasının ləğvi üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına Müraciət edilməsi məsələsinə münasibət.

3. Ləğvetmə Komissiyasının yaradılmasına münasibət .

4. "Rəvan Sığorta" ASC-nin Gəncə Filialının ləğv edilməsinə münasibət.

 Qeyd edək ki, "Rəvan Sığorta" Şirkətinin səhmlərinin 49,1%-i "Nurgun Group of Companies"ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank"a məxsusdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)