Sığorta

"Paşa Həyat"ın sahibi bir ildə - 20,7 MİLYON MANAT QAZANIB

Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan “PAŞA Həyat Sığorta” ASC səhmdarına ötən il 20 milyon 700 min manat dividend ödəyib.

ENA.az xəbər verir ki, dividend “PAŞA Həyat Sığorta” ASC-nin 2018-ci ilin maliyyə nəticələrinə əsasən bölüşdürülməmiş mənfəətindən ödənilib. 2018-ci ilin yekunları üzrə şirkətin dividendləri bir səhm üçün 2 min 957,14 manat təşkil edib.

Hazırda şirkətin 7 min adi səhmi tədavüldədir. Bir qiymətli kağızın nominalı 5,75 min manatdır.

Xəbər verildiyi kimi, 2018-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 21 milyon 260 min 146,9 manat təşkil edib.

“PAŞA Həyat Sığorta” şirkəti 2011-ci il fevralın 14-də sığorta fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb. Şirkətin nizamnamə kapitalı 40,25 mln. manata bərabərdir. Şirkətin yeganə səhmdarı “PAŞA Holdinq”dir. Şirkət sığorta haqları yığımı və həyata keçirilən ödənişlərin həcminə görə bazarda liderdir. 

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)