Sığorta

Baş Nazir aqrar sığorta ilə bağlı qərar qəbul edib

“Aqrar sığorta” informasiya sisteminin Əsasnaməsi” və “Aqrar sığorta informasiya sisteminə inteqrasiya ediləcək informasiya sistemlərinin və onlardan əldə olunması nəzərdə tutulan məlumatların Siyahısı” təsdiqlənib.

Bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.Ad - 00:16

Sözügedən Əsasnamə “Aqrar sığorta haqqında” qanunun 13.2-ci maddəsinə əsasən hazırlanıb.

“Aqrar sığorta” informasiya sisteminin (ASİS) formalaşdırılmasının, aparılmasının və digər qurumların informasiya sistemləri və ehtiyatları ilə inteqrasiya olunmasının hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

Qərarla ətraflı buradan tanış ola bilərsiniz.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department