Kapital Bank biznesə başlamaq üçün 30 nəfərə kömək etdi
Kapital Bank əhalinin özünüməşğulluq işlərinin təşkili istiqamətində layihənin icrasına davam edir. Bu ilin əvvəlindən Bank həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi istiqamətindəki əməkdaşlıq memorandumuna qoşulub.
Layihə çərçivəsində bu dəfə Bakının Nərimanov, Xəzər, Suraxanı, Xətai, Nəsimi, Sabunçu, və Qaradağ rayonları, həmçinin Abşeron, Gəncə, Qubadlı, Şirvan, Balakən, Zaqatala, Qəbələ, Ağdaş, Yevlax və Goranboydan, ümumilikdə 30 nəfər işsiz, əlil, məcburi köçkün və aztəminatlı ailələrdən olan şəxslərə müxtəlif sahələr üzrə özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq avadanlıqlar təqdim edilib.
Qeyd edək ki, cari ilin aprel ayında Kapital Bank ilk olaraq 15 nəfərə biznesə başlamaq üçün yardım etmişdi ki, bununla da belə şəxslərin sayı 45 oldu.