Bu şəxslərə icazə verilməyəcək - RƏSMİ AÇIQLAMA
Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrdəki işçilərin 50 faizinin işə çıxmasına icazə verilir.
"ASAN Xidmət"dən "ENA"ya verilən məlumata görə, öncədən bir neçə dəfə xəbərdarlıq edildiyi kimi icaze.e-gov.az sistemi vasitəsi ilə müvafiq Qərara uyğun olmayan icazələrin bir hissəsinin portalda ləğvi həyata keçirilib. Bekə ki, Nazirlər Kabinetinin müvafiq Qərarında faəliyyətinə icazə verilən sahələr arasında olmayan və İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən olunmuş qurumların icazəsi ləğv edilib. Həmin qurumlar, həmçinin sistemə yeni icazə daxil edə bilməz.
Bir daha fəaliyyətinə icazə verilən sahələrdən xahiş olunur ki, icaze.e-gov.az portalına daxil olmaqla onlara aid məlumatların müvafiq Qərara uyğun tənzimləməsini həyata keçirsinlər. Çünki sistemdə nəzərdə tutulan həddi aşan icazələrin ləğvi davam edəcək.
İcazələrin tənzimlənməsi ilə bağlı yaranan xüsusi hallarla bağlı hüquqi və fiziki şəxslər İqtisadiyyat Nazirliyinə müraciət edə bilər.