Sosial iqtisadiyyat

Bitki yağı qiymətlərində sıçrayış

Birləşmiş Millətlər Təşkilatının Qida və Kənd Təsərrüfatı Təşkilatı (FAO), iyunda qlobal qida qiymətlərinin bitki mənşəli yağlar, şəkər və süd qiymətlərində artım ilə əlaqədar olaraq ilin əvvəlindən bəri ilk dəfə yüksəliş göstərdiyini açıqlayıb.

ENA.az FAO-ya istinadən xəbər verir ki, Qida Qiymət İndeksi may ayı ilə müqayisədə iyunda 2,4% artaraq 93,2 bəndə yüksəlib.

Bitki mənşəli Yağ Qiymət İndeksi dörd ay ardıcıl eniş göstərdikdən sonra iyun ayında 11,3% artım qeyd edib. Bu sıçrayışa, bir çox ölkədə yeni növ koronavirus (Kovid-19) ilə əlaqədar küçəyə çıxmaq qadağasının ləğv edilməsi, immiqrant işçi qüvvəsindəki çatışmazlıq səbəbilə istehsalda ola biləcək geriləmələrə bağlı narahatlıqların artması ilə qlobal idxal tələbinin yaxşılaşması və palma yağı qiymətlərindəki artım səbəb olub.

İyunda may ayı ilə müqayisədə Şəkər Qiymət İndeksi 10,6% və Süd Qiymət İndeksi də 4% artıb. Bitki mənşəli yağlar, şəkər və süd qiymət indeksləri ilin əvvəlindən bəri ilk dəfə yüksəliş qeyd ediblər.

Taxıl və ət bazarlarında isə Kovid-19 epidemiyası ilə əlaqədar olaraq qiymətlər təzyiq altındadır.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)