Yelo Bank işçi axtarır - VAKANSİYA
Vakansiya: Sədərək filialının Mikro kreditlərin rəsmiləşdirilməsi üzrə mütəxəssisi
Siz elektron poçtun “mövzu” yerinə “Sədərək filialının Mikro kreditlərin rəsmiləşdirilməsi üzrə mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) training@yelo.az ünvanına göndərə bilərsiniz.
Vəzifə öhdəlikləri:
• Müsbət qərar verilmiş kreditlərin rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərin yoxlanması, kredit müqavilələrin hazırlanması;
• Hesab açılması;
• Kredit məlumatlarının Bankın daxili əməliyyat sistemində əks etdirilməsi və nəzarəti;
• Təyin edilmiş hədəflərin yerinə yetirilməsi.
Tələblər:
• Ali təhsil;
• Ünsiyyət qurmaq bacarığı;
• Word və Excel proqramlarından istifadə bacarığı;
• Komanda ilə işləmək bacarığı;
• Riyazi biliklər.
Biz Sizə nə təklif edirik:
• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.