AYİB prezidenti vəzifəsini tərk etdi
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Suma Çakrabarti vəzifəsini tərk edib.
ENA.az xəbər verir ki, o, yüksək vəzifədə ikinci müddətini başa vurub.
İyulun 3-dən etibarən AYİB-ə birinci vitse-prezident Yurgen Riqterink rəhbərlik edəcək.
Yeni prezident bankın bu ilin 7-8 oktyabrına təyin olunan illik toplantısında seçiləcək.
Qeyd edək ki, S.Çakrabarti 2012-ci ildən AYİB-nin prezidenti olub.