BİZNES

Azərbaycanda daha bir sertifikat mərkəzi yaradılır

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qida Təhlükəsizliyi İnstitutu Sertifikat Mərkəzinin qurulması və istifadəyə verilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

ENA.az vahid satınalmalar portalına istinadən xəbər verir ki, tenderin qalibi "Softlayn İnterneyşnl" MMC-dir. 

Qalib şirkətə 76 452 manat ödəniləcək. 

Sertifikat mərkəzi AQTA və onun tabeli qurumlarının informasiya sistemlərində daxili elektron imzanın tətbiqi ilə əlaqədar yaradılır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)