Sənaye

SOCAR-ın prezidenti və vitse-prezidentləri 1.4 mln. manat MÜKAFAT ALIB - FOTO

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) rəhbərlərinə ödənilən mükafatlar 9.4%  artırılıb.

ENA.az xəbər verir ki, bu barədə SOCAR-a kənar audit kimi cəlb edilən nüfuzlu audit şirkəti “E&Y” tərəfindən aparılan hesabatda deyilir.

2018-ci ildə SOCAR rəhbərliyinə 1.28 mln. manat (₼) məbləğində mükafatlar ödəndiyi halda, 2019-cu ildə ₼1.4 mln. həcmində ödəmələr baş verib.

Qeyd edək ki, SOCAR-ın gəlirləri 2019-cu il də ₼83.75 mlrd. təşkil etməklə, öncəki 2018-ci ildən 22.3% az olub. Mənfəət isə ₼5.79 mlrd. olub.

Gəlirlərinin azalması əksi olaraq distrubitiv ( ₼1.24 mlrd.) və ümumi inzibati (₼1.46 mlrd.) xərcləri artmışdır. Eləcə də digər xərclərdəki artım Dövlət Neft Şirkətinin xalis mənfəətini ₼651 mln. təşkil edib. Bu da öncəkindən iki dəfəyə yaxın (2018 ₼1.22 mlrd.) olub.

SOCAR-da rəhbərlik prezident və 12 vitse-prezident ilə təmsil olunur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)