Azərbaycanda valyuta hərracında dollara tələb 22%-dən çox artıb
![](https://ena.az/uploads/news/2020-06/_ena_4d91ecc4e8fe03839d60a51ef_o.jpg)
Bu gün Mərkəzi Bankda (AMB) Azərbaycan Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.
ENA.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumatda deyilir ki, ABŞ dollarına tələb iyunun 25-nə nisbətən 9,2 milyon ABŞ dolları və yaxud, təxminən, 22,1% artaraq 50,8 milyon ABŞ dolları təşkil edib.
Mərkəzi Bank bildirib ki, tələb tam ödənilib.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.