Sənaye

Ordubaddakı qızıl yataqlarının işlənməsinə başlanacaq

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Britaniyanın "Anglo Asian Mining" şirkəti 2023-cü ilə qədər Naxçıvan Muxtar Respublikasında Ordubad qızıl yatağının işlənməsinə başlayacaq. 

Xatırladaq ki, 2019-cu ilin əvvəlindən AAM Ordubadda qiymətli metalların ümumi ehtiyatlarını artırmaq üçün geoloji kəşfiyyat proqramı həyata keçirir.

AAM-dan verilən məlumata görə, kəşfiyyat işləri zamanı şirkət Ordubad sahəsində bir sıra yüksək keyfiyyətli qızıl yataqlarını aşkar etdi ki, bu da ildə 50 min unsiya qızılın istehsal edilməsinə imkan yaradır.

Qeyd edək ki, Ordubad üzrə müqavilə sahəsi 462 kvadrat km ərazidə çoxsaylı yataqları ehtiva edir. Onlardan altısı: Şəkərdərə, Piyazbaşı, Misdağ, Agyurt, Şalala və Daxçay 5 km radiusdadır.

Ordubad bir sıra tanınmış mis, qızıl və molibden yataqlarını ehtiva edən Mixman-Zəngəzur tektonik alt zonasının bir hissəsidir. Sovet dönəmində Ordubad tədqiqat mövzusu idi.

Bildirilir, Anglo Asian Mining hazırda Gadabay müqavilə ərazisindən iki açıq mədəndə (Gədəbəy və Uğur) və bir yeraltı mədəndən (Gadir) qızıl, gümüş və mis hasil edir.

Pay bölgüsü üzrə müqavilə 21 avqust 1997-ci ildə imzalanmışdır və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir.

Müqaviləyə əsasən, bu yataqlardan 400 ton qızıl, 2,5 min ton gümüşün çıxarılması planlaşdırılır.

 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)