Rəsmi

Rusiya Azov dənizinə hərbi gəmi göndərib

Rusiyanın "Vitse-admiral Zaxaryin" mina tral gəmisi Qara dənizdən Azov dənizinə yola çıxıb.

"BI" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentlik qeyd edir ki, sularından Rusiya və Ukraynanın istifadə etdiyi Azov dənizi Kerç boğazındakı hadisədən sonra gərginlik zonasına çevrilib.

Xatırladaq ki, noyabrın 25-də Ukraynanın üç gəmisi Rusiya FTX tərəfindən Kerç boğazında saxlanılıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)