MALİYYƏ

Neft Fondunun aktivlərinin 51 milyard dollar yaxınlaşacağı proqnozlaşdırılır

2022-ci ilin sonuna Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin 50,8 mlrd. ABŞ dolları olacağı proqnozlaşdırılır.

Bunu ARDNF-in icraçı direktorunun müşaviri Nərgiz Nəsrullayeva-Müdüroğlu “Azeri Observer” jurnalına müsahibəsində bildirib.

“Bizim ARDNF-nin gəlirləri üzrə orta və uzun müddətli proqnozlarımız neftin 1 barelinin 60 dollar səviyyəsində qiymətləndirilməsinə əsaslanır. Bizim hazırki proqnozumuza görə, 2022-ci ilin sonuna ARDNF-in aktivləri 50,8 mlrd. dollara çatacaq. İqtisadiyyatın şaxələndirilməsindən danışarkən, Azərbaycanda yeni qəbul olunan fiskal qayda xüsusi olaraq bu hədəfə yönəldilib”.

Qeyd edək ki, 2018-ci il oktyabrın 1-ə ARDNF-nin aktivləri 2018-ci ilin əvvəlinə (35 806,5 mln. ABŞ dolları) nisbətən 8,88% artaraq 38 987,7 mln. ABŞ dollarına bərabər olub. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)