Apple və BMW yeni “CarKey” funksiyasını təqdim ediblər
İyunun 22-də onlayn rejimdə Apple-ın tərtibatçılar üçün WWDC 2020 dünya konfransı keçirilib. Baker.az xəbər verir ki, təqdimatda nümayiş etdirilən yeniliklərdən biri də iPhone üçün yeni əməliyyat sistemi olmuşdur – iOS 14.
Tərtibatçılar üçün ən xoş xəbərlərdən biri isə iki nəhəngin – Apple və BMW-nin texnoloji simbiozu olub. Qeyd edildiyi kimi, yeni iOS sistemində “CarKey” funksiyası olacaq ki, istifadəçilər onun vasitəsilə avtomobilin qapısını aça biləcəklər. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni “CarKey” funksiyası 2020-ci ilin iyul ayında satışa çıxarılacaq BMW 5 avtomobil modelləri üçün əlçatan olacaq.
Bu baxımdan BMW həqiqətən də lider şirkətdir. Xatırladaq ki, bu ilin mart ayında konsern avtomobillərin onlayn alışı funksiyasını işə salmışdır.