“Apple” rəsmi olaraq “Intel” çiplərindən imtina etdi
“Apple” rəsmi olaraq “Intel”çiplərindən imtina etdiyini açıqlayıb. Banker.az xəbər verir ki, bu barədə iyunun 22-i baş tutan WWDC konfransında şirkət nümayəndəsi məlumat verib.
Xatırladaq ki, 90-cı illərin əvvəllərinə qədər “Apple” şirkəti “Motorola”, daha sonra “PowerPC”, ən sonda isə “Intel” çiplərindən istifadə etməyə başlayıb. Şirkət rəhbəri Tim Kukun sözlərinə görə, yeni prosessorlar daha səmərəli olmaqla yanaşı, daha az enerji xərcləməyə imkan verəcək.
Bildirildiyi kimi, Mac kompüterlərinə yerləşdiriləcək yeni çiplər Apple Silicon adını alıb. Bu prosessor ilə təchiz edilmiş ilk kompüter 2020-ci ilin sonlarında satışa buraxılacaq.