“Həftəsonu karantinindən istənilən nəticəni ala bilmədik”
![](https://ena.az/uploads/news/2020-06/_ena_615840f479d21782b4b798d5c_o.jpg)
“Biz istəyirik ki, sosial məsafəni, insanların bir yerə toplaşmasını azalda bilək”.
ENA.az xəbər verir ki, bunu TƏBİB-in şöbə rəisi Yaqut Qarayeva deyib.
O, təəssüf hissi ilə bildirib ki, həftəsonları ikigünlük qapanmadan istənilən nəticə alınmayıb: “Hər bir kəs yoluxa bilər. Hər kəs bilməlidir ki, bu xəstəliyin peyvəndi, xüsusi müalicəsi yoxdur. Biz özümüzü bu xəstəlikdən qorumalıyıq”.