ENA+

Dərman preparatının keyfiyyəti ilə bağlı yayılan məlumata - RƏSMİ AÇIQLAMA -FOTO

 Səhiyyə Nazirliyi bir çox sosial şəbəkələrdə, o cümlədən “whatsapp”da əhalinin istifadə etdiyi dərman preparatı haqda yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən "BI"yə verilən məlumata görə, yayılan şəkildə bu dərmanın insan orqanizmi üçün zərərli olduğu, hətta ölümə səbəb ola biləcəyi göstərilib.

Bildirilib ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi məsələyə aydınlıq gətirib: "Belə ki, Azərbaycan Respublikasında İsrail istehsalı olan “Paracetamol 500” qeydiyyata alınmayıb və idxal olunmayıb. İdxal olunan paracetamol tərkibli (Paracetamol 500mg) dərman vasitələri bunlardır: Paracetomol Sofarma- “Sofarma” SC, Bolqarıstan (tablet), Parasetamol – Tatximfarmpreparati ASC, Rusiya Frderasiyası (tablet), Parasetomol – Farmstandart-Leksredstva ASC, Rusiya Federasiyası (tablet), Efferalqan – Bristol-Mayers Skvibb, Fransa (fışıldayan tablet), Panadol – QlaksoSmitKlayn Konsyumer Xelzkeya, Böyük Britaniya (örtüklü tablet)".

Nazirlikdən qeyd olunub ki, son günlərdə sosial şəbəkə vasitəsi ilə yayılan məlumat əsassızdır və həqiqəti əks etdirmir: "Bu səpkili məlumatlar bir necə ildir ki, müxtəlif dövlətlərdə, o cümlədən, Rusiya, Qazaxıstan, Gürcüstan, Azərbaycanda və.s. yayılır.

Mütəmadi olaraq oxşar mətnli xəbərlərin yayılması (xüsusilə qış aylarında ) əhali arasında təşviş və gərginliyə səbəb olur. Qeyd etmək istərdik ki, Analitik Ekspertiza Mərkəzinə bu preparatla əlaqəli hər hansı bir şikayət daxil olmayıb".

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department