Sənaye

Nazir: “Neftin kəskin ucuzlaşması müəyyən kəsirlərə səbəb olacaq”

“Dövlət büdcəsində neftin bir barelinin qiyməti 55 dollar nəzərdə tutulub”.

ENA.az xəbər verir ki, bunu Maliyyə naziri Samir Şərifov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, aprel-may aylarında neftin qiyməti kəskin aşağı düşmüşdü: “Sonradan bərqərar olundu. Şübhəsiz ki, burada müəyyən kəsirləri görəcəyik”.

Maliyyə naziri vurğulayıb ki, pandemiya nəticəsində iqtisadi, investisiya fəallığı və s. iqtisadi proseslər zəifləyib. S.Şərifovun sözlərinə görə, bunun nəticəsində də qeyri-neft sektorunda vergi daxilolmalarının, neft gəlirlərinin azalması gözlənilir: “Bunlar daha çox ilin ikinci yarısına təsadüf edəcək”.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)