Sağlamlıq

Göyçay Rayon Mərkəzi Xəstəxanasının karantin xəstəxanasına çevrilməsi qərarı ləğv edilib

Göyçay Rayon Mərkəzi Xəstəxanası COVİD-19-la mübarizə xəxtəxanası kimi fəaliyyətini dayandırıb, əvvəlki qayda ilə xəstə qəbuluna başlayıb.

Göyçay RMX PHŞ-in direktoru Elçin Bilalov bildirib ki, bu səhiyyə ocağı iyunun 17-də koronaviruzla mübarizə məqsədilə karantin xəstəxanasına çevrilmişdi: “Sonra TƏBİB-də bu məsələ yenidən müzakirə edilib, Göyçay RMX-nin bölgənin ən böyük xəstəxanası olması, Göyçaydan xəstələrin uzaq məsafəyə – Ağsu, Yevlax, Mingəçevir və Kürdəmir xəstəxanalarına gedə bilməməsi, eləcə də Göyçay xəstəxanasında çalışan tanınmış həkimlərə və orada quraşdırılan müasir tibbi müayinə avadanlıqlarına görə, Göyçay və ətraf rayonlardan hər gün minlərlə xəstənin müraciət etməsi nəzərə alınaraq, Göyçay Rayon Mərkəzi Xəstəxanasının COVİD-19-la mübarizə xəstəxanası kimi yox, əvvəlki qaydada fəaliyyət göstərməsi məqsədəuyğun hesab edilib.

Bu gün səhər saatlarından başlayaraq Göyçay RMX-nın kollektivi adi qaydada xəstə qəbuluna başlayıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)