İdxal olunan ət bahalaşır - XƏRCLƏNƏN VALYUTA KƏSKİN ARTIB
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 40 milyon 397 min dollar dəyərində 22 min 574 ton ət idxal edilib.
ENA.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ət idxalı dəyər ifadəsilə 37,5%, miqdar ifadəsilə 11,2% artıb.
2019-cu ilin yanvar-may ayları ərzində Azərbaycana 29 milyon 376 min dollar dəyərində 20 min 292 ton ət idxal edilmişdi.
1 ton ətin idxal qiyməti 1447 dollaran 1789 dollara yüksəlib.