Neft 37 dollara qədər UCUZLAŞDI
Dünya birjalarında neftin qiyməti azalıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 1,73 ABŞ dolları və ya 4,77% azalaraq 34,53 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 1,30 dollar və ya 3,36% azalaraq 37,43 dollar təşkil edib.