SMT İnşaat işçi axtarır - MAAŞ 1000-1200 MANAT
“SMT İnşaat” MMC “Marketinq Menecer” vəzifəsi üzrə vakansiya elan edir:
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin marketinq strategiya və planını işləyib hazırlamaq
- Bazarın təhlili, mövcud rəqabət mühitinin analizi;
- Şirkətin xidmətləri haqqında təqdimatlar hazırlamaq və təqdim etmək
- Şirkətin sayt və sosial media hesablarına nəzarət və idarə etmək
- Şirkətin sosial şəbəkələrdə PR-nın aparılması, sosial səhifənin daha çox tanıdılması və inkişaf etdirililməsini təmin etmək
- Xidmət sahələri üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq
- Yeni müştərilərin analizi və potensial müştəri bazasının yaradılmasını təmin etmək
Əsas tələblər:
- Ali təhsil (Marketinq, İqtisadiyyat, Menecment istiqamətləri üzrə arzuolunandır)
- Müvafiq sahə üzrə 3 il iş təcrübəsi
- Təqdimat bacarıqları
- Marketinq kommunikasıya kanalları ilə işləmə bacarığı
- Marketinq plan və büdcə hazırlama bacarığı
- Dil bilikləri: Azərbaycan və Rus dili mükəmməl bilməli, İngilis dili arzuolunandır
- Əla yazılı və şifahi ünsiyyət bacarıqlarına malik olmalı ;
- Bazarın öyrənilmə xüsusiyyətlərini bilməli
- Kompyuter bacarıqları: Ofis programlarında proqramlarında peşəkar səviyyədə işləməyi bacarmalı
- Analitik düşünmə və problem həll etmə qabiliyyəti
- İnandırma bacarığı
Əmək haqqı: 1000-1200 AZN
Namizədlərdən CV formaların tamila19_86@mail.ru email ünvanına, mövzu hissədə mütləq vəzifənin adı “Marketinq Menecer”qeyd olunmaqla göndərməkləri xahiş olunur.