Vakansiyalar

NewCond işçi axtarır - MAAŞ 1200-1500 MANAT

HVAC sistemləri üzrə layihəçi- mühəndis.

İş barəsində məlumat :

- Qiymət təkliflərinin və heasbatlarının hazırlanması
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi
- Obyektlərdə Sifarişçilərlə texniki məsələlərlə əlaqədar görüşlərin keçirilməsi və Sifarişçilərin istək və tələblərinə uyğun layihələrin hazırlanması, avadanlıqların seçimi
- Vakansiya üzrə uzunmüddətli çalışma şərtilə işçi tələb olunur
- Əmək haqqı:1200-1500 AZN, uğurla və səhvsiz təhvil verilən işlərə görə əlavə bonus hesablanır
- Müsahibənin nəticəsinə əsasən namizədin əmək haqqı daha yüksək ola bilər
- İş qrafiki: Bazar ertəsi -Şənbə saat 9:00 dan 18:00 -a kimi
- Qeyri iş günləri: Bayram və bazar günləri

Namizədə tələblər :

- Yaş həddi: 25-45, Cinsi: Kişi
- HVAC sistemləri üzrə layihəçi - mühəndis
- Qazanxana, Çiller, VRF ( VRV ) və havalandırma sistemləri üzrə biliklərin olması
- Müvafiq ixtisas üzrə təhsilin olması
- Bu sistemlər üzrə ən azı 3 illik iş təcrübəsinin olması
- AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı
- Rus və İngilis dillərində minimum bilikləri olan və terminləri bilən namizədlərə daha çox üstünlük veriləcək
- Sürücülük vəsiqəsinin olmasına və avtomobil idarəetmə qabiliyyətinə görə əlavə üstünlük veriləcək
- Səliqəli, nizam intizamlı, kollektivlə işləməyi bacaran, tapşırıqları yerinə yetirən, çalışqan, işini sevən olmalı

 Şəkilli CV lərinizi office@newcond.az elektron ünvana HVAC layihəçi-mühəndis başlığı ilə göndərməniz xahiş olunur .

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department