Aqrar

Azərbaycan fındığı aşağı gəlirli bazarlara ixrac edilir

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanla Tərəfdaşlıq Proqramı çərçivəsində “Azərbaycanda fındıqçılıq sahəsində səmərəliliyin və dayanıqlılığın sürətləndirilməsi” layihəsi ilə bağlı bu gün ilkin seminar keçirilir.

Seminarda fındıqçılıqda əsas problemlər arasında məhsuldarlığın aşağı olması, dayanıqsız kənd təsərrüfatı təcurübələrindən istifadə edilməsi, aflatoksin təhlükəsi, beynəlxalq bazarlarda aflatoksinin ciddi şəkildə nəzarətdə olması, Azərbaycanın əsasən aşağı gəlirli bazarlara fındıq ixrac etməsi, istehsalçılara və ticarətçilərə bazar potensialından daha aşağı qiymətlər təklif olunması kimi məsələlər qeydə alınıb.

Xatırladaq ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk dörd ayı ərzində 7 mln manatlıq meşə fındığı ixrac edilib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycandan qeyri-neft sektoru üzrə 549 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2020-ci ilin yanvar-aprel ayları ərzində koronavirus (COVID-19) pandemiyasının təsiri nəticəsində qeyri-neft sektoru üzrə ixrac 5,8 faiz azalıb.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)