MALİYYƏ

Hesablama Palatası Neft Fondunun - HESABATINA BAXIB

Hesablama Palatasının növbəti kollegiya iclası videoformat şəklində keçirilib.

ENA.az xəbər verir ki, iclasda bir neçə məsələ müzakirə edilib.

İlk olaraq Dövlət Neft Fondunun (DNF) büdcəsinin 2019-cu  ildə icrası ilə bağlı illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi müzakirə olunub. Kollegiya tərəfindən DNF-nin  2019-cu il büdcəsinin icrası barədə illik hesabatın layihəsi  məqbul hesab edilərək Fondun Müşahidə Şurasına təqdim olunması üçün NF-a göndərilməsi qərara alınmışdır.

İclasda 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilmiş, pandemiya şəraitinin təsirləri qiymətləndirilmiş və cari ilin İş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunmuşdur.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department