BİZNES

Azərbaycan Gürcüstandan 14 milyon dollara yaxın sərmayəni geri çəkib

Bu ilin yanvar-mart aylarında Azərbaycan Gürcüstandan 13,9 milyon ABŞ dolları həcmində sərmayəni geri çəkib.

ENA.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Hesabat dövründə qonşu ölkədən ən böyük məbləğdə investisiya geri götürən (38 milyon ABŞ dolları) Böyük Britaniyanın Vircin adaları olub.

Qeyd edək ki, bu ilin I rübündə Gürcüstan iqtisadiyyatına 165,4 milyon ABŞ dolları məbləğində sərmayə yatırılıb ki, bu da illik müqayisədə 41,7% azdır. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)