Neft bahalaşır
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,43 ABŞ dolları və ya 1,13% artaraq 38,62 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,36 dollar və ya 0,88% artaraq 41,16 dollar təşkil edib.