Sosial iqtisadiyyat

Karantinin pozulmasına görə cərimələrlə bağlı - QƏRAR VERİLDİ

Nazirlər Kabineti “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edib.

ENA.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatının 1.4.3.1.1.2-ci yarımmaddəsi aşağıdakı redaksiyada verilib:

1 4 3 1 1 2 Epidemiya əleyhinə rejimin, sanitariya, gigiyena və karantin rejimlərinin pozulmasına görə

Belə ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil edilib.

Bundan əvvəl isə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərin pozulmasına görə cərimələr Azərbaycan Respublikasının büdcə gəlirlərinin təsnifatına daxil idi.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department