Neft bahalaşır - YENİ QİYMƏT
Dünya birjalarında neftin qiyməti artıb.
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində "WTI" neftinin qiyməti 0,61 ABŞ dolları və ya 1,54% artaraq 40,16 dollar təşkil edib.
ICE London qitələrarası birjasında "Brent" markalı neftin qiyməti isə 0,88 dollar və ya 2,08% artaraq 43,18 dollar təşkil edib.