Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Azərbaycan Beynəlxalq Bankı Satınalmalar Departamentinin Hesabatlıq və protokol şöbəsinə Tender üzrə mütəxəssis vakansiyası elan edir.
Görəcəyiniz işlər:
Bankda Tender və Kotirovka prosesi ilə bağlı yazışmaların, danışıqların aparılması;
Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
İlkin sənədlərin ekspertizasının aparılması;
Tender və Kotirovka iştirakçılarının müəyyənləşdirilməsi və təkliflərin təhlil edilməsi;
Tender və Kotirovkaların statusu barədə hesabatların hazırlanması;
Müqavilələr üzrə danışıqların aparılması;
Tender və Kotirovka protokollarının hazırlanması;
Sənədlərin qeydiyyatı və arxivləşdirmə işinin aparılması.
Bizim üçün ideal namizəd:
Ali təhsili (Hüquqi təhsil arzuolunandır);
Tender məsələləri üzrə 1 ildən artıq iş təcrübəsi olan;
Ofis proqramlarında sərbəst işləməyi bacaran;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti, təşkilatçılıq və problemləri həll etmə bacarıqları olan şəxsdir.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına 20.06.2020 tarixinədək göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Tender üzrə mütəxəssis” şəklində göstərilməsi xahiş olunur.
Əlavə məlumat üçün: www.ibar.az