Sənaye

Dünya birjalarında - NEFTİN QİYMƏTİ

Dünya birjalarında neftin qiyməti artıb.

ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,25 ABŞ dolları və ya 0,71% artaraq 35,69 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,30 dollar və ya 0,78% artaraq 38,67 dollar təşkil edib.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department