Amerikalı alimlər sinir hüceyrələrinin bərpa olunması üsulunu tapıb
Bir qrup amerikalı biotibb və nevrologiya mütəxəssisi zədələnmiş sinir hüceyrələrinin bərpası üsulunu tapıb.
ENA.az xəbər verir ki., Kolorado Universitetinin alimləri müəyyən edib ki, regenerasiya prosesini motorika vasitəsilə stimullaşdırmaq mümkündür.
Müşahidələr nəticəsində məlum olub ki, sağlam nevroloji funksiyaları təmin edən oliqodendrosit hüceyrəsi yeni mielin təbəqələri yaratmaqla sinir toxumasını bərpa edə bilir.
Bu, dağınıq sklerozdan əziyyət çəkən siçanlar üzərində təcrübə zamanı təsdiqlənib. Belə ki, siçanlarda bəzi davranış hərəkətlərindən sonra sinir sistemi bərpa olunub.
Alimlər hesab edir ki, bu kəşf müxtəlif zədələrə və insultun ağır nevroloji fəsadları nəticəsində əlil olan şəxslərə kömək edəcək.