Sağlamlıq

Koronavirusa qarşı immunitet yoluxmayanlarda da aşkarlandı

2015-2018-ci illərdə toplanmış donor qanı nümunələrində SARS-CoV-2-nin antigenlərinə qarşı T-limfositin qazanılmış immun cavabı aşkarlanıb.

ENA.az xəbər verir ki, ABŞ-ın Kaliforniya ştatındakı La-Xoyya şəhərinin İmmunologiya İnstitutunun alimlərinin araşdırması “Cell” jurnalında dərc edilib.

Ümumiyyətlə, araşdırmanın başlıca məqsədi ən güclü hüceyrə immun cavabını verən koronavirusun spesifik antigenlərini təyin etmək olub. Bu, gələcək vaksinin hazırlanmasında çox vacib bilgidir.

Bu məsələnin öhdəsindən alimlər uğurla gəlib. Ancaq bununla birgə alimlər bir başqa kəşf də ediblər. Belə ki, araşdırma zamanı onlar COVID-19 keçirməmiş 2015-2018-ci ildəki donor qanı nümunələrini də incələyərək onların təxminən yarısında virusun antigenlərinə qarşı T-hüceyrələrin spesifik reaksiyasını aşkarlayıblar.

Araşdırmanın müəllifləri bunun kross-reaktiv immunitetlə bağlı olduğunu güman edirlər. Alimlər qan nümunələrini daha öncə məlum olan 4 koronavirus növlərindən ikisinə qarşı antikor yoxlamasından keçiriblər. Yəni onlar COVID-19-dan fərqli olan başqa koronavirus xəstəlikləri keçiriblər. 

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)