Sənaye

“Brent” neftinin qiyməti 34 dolları ötdü

Dünya bazarında xam neftin qiymətləri artmaqda davam edir.

ENA.az xəbər verir ki, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 4,77% artaraq 34,05 ABŞ dolları təşkil edib.

Bu markalı neftin qiyməti sonuncu dəfə aprelin 9-da 34 dollardan yuxarı olmuşdu.

Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 6,63% artaraq 31,38 ABŞ dolları olub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)

News Department