Azərbaycanda limonun yeni sortunun becərilməsinə başlanılıb - VİDEO
Astarada bəzi bağ sahibləri bir neçə ildir ki, xaricdən gətirdikləri yeni armudvari limon sortunu yetişdirməyə başlayıblar.
Dadına və formasına görə yerli limon sortlarından fərqlənən yeni sitrus meyvəsinə tələbat çoxdur.
Bu limon sortu cənub bölgəsinin bağbanları üçün yeni olsa da, onun becərilmə texnologiyası istehsalçılara artıq məlumdur. Təcrübə məqsədilə əkildiyi üçün hələlik yeni limon sortu bağlarda məhdud saydadır. Lakin bağ sahibləri bu meyvənin istehsalının artırılmasında maraqlıdırlar. Reklam
Meyvənin bazar tələbatını öyrənmək məqsədilə fermerlər xarici və daxili bazarlara nümunələr göndəriblər və tələbatın gözləniləndən çox olduğu məlum olub. Portağal dadı verən yeni sitrus meyvəsi bir çox xəstəliklər üçün müalicəvi əhəmiyyətə malikdir. Bağbanın sözlərinə görə, armudvari limonun ağacını calaq üsulu ilə çoxaltmaq mümkündür. Elə buna görə də, bağ salarkən xaricdən yeni tinglərin gətirilməsinə ehtiyac qalmır.
Astara ilə yanaşı, artıq Lənkəranda da armudvari limon sortunun becərilməsinə başlanılıb.