Belarus ABŞ-dan neft idxalına başladı
2020-ci il fevralın 1-də Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ-ın dövlət katibi Maykl Pompeo arasında görüşdə əldə edilən razılığın nəticəsi olaraq artıq Belarus ABŞ-dan neft tədarük etməyə başlayıb.
ENA.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Vladimir Makey bildirib.
ABŞ neftinin tədarükü Belarus neft emalı kompleksinin 2020-ci il və ondan sonrakı dövrdə sabit işləməsini təmin etmək və mənbələrin şaxələndirilməsi baxımından dövlət strategiyasının bir hissəsidir.
Nazir onu da bildirib ki, Belarus tərəfi ABŞ ilə tərəfdaşlığın gücləndirilməsi maraqlarına uyğun fəaliyyət göstərməyə davam etdirəcək: “Fikrimizcə, bu, Avratlantik və Avrasiyadakı ziddiyyətlərin aradan qaldırılması üçün ümumi səylərə töhfədir”.