Qeyri-Bank

“Bank of Baku”nun törəmə şirkəti ləğv edildi

“Bank of Baku” ASC 100% törəmə investisiya şirkəti “BOB Broker” MMC-nin ləğv edilməsini yekunlaşdırıb. 

BI xəbər verir ki, bu barədə məlumat Bankın yarımillik maliyyə hesabatında öz əksini tapır. 

Sənədə əsasən, ləğvb prosesi bu ilin aprel ayında başa çatıb. 

Xatırladaq ki, “BOB Broker” 2007-ci ildə yaradılıb. Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna əsasən, Şirkətə broker və diler fəaliyyəti, aktivlərin idarə edilməsi ilə məşğul olmaq üçün verilmiş lisenziyaların müddəti ötən ilin sonunda bitib. Bundan sonra onun fəaliyyəti dondurulub.

Ən vacib xəbərləri Telegram kanalımızdan OXUYUN! (https://t.me/enaxeber)