Ötən il 17 auditor Azərbaycan bazarını TƏRK EDİB
2019-cu ildə Azərbaycanda 57 sərbəst auditorun və 123 auditor təşkilatının (o cümlədən 2 xarici auditor təşkilatının filial və nümayəndəliyi və 15 xarici hüquqi şəxslərin ticarət nişanından istifadə edən auditor təşkilatı) auditor fəaliyyətini həyata keçirmək hüququ olub.
Bu barədə Auditorlar Palatasından bildirilib.
Məlumata görə, ötən il auditor fəaliyyətini həyata keçirmək hüququ verən 13 auditor təşkilatının öz ərizələrinə, 4-nün isə Şura qərarına əsasən icazələri müvəqqəti olaraq dayandırılıb, auditor fəaliyyətini həyata keçirmək hüququ verən 29 auditor təşkilatına və 3 sərbəst auditora icazə verilib.