50 ölkəyə təcili maliyyə yardımı edildi
![](https://ena.az/uploads/news/2020-05/_ena_6963a6ce94289a7473801fdbe_o.jpg)
Beynəlxalq Valyuta Fondu (BVF, IMF) 189 üzvünün 50-sinə koronavirus epidemiyası ilə mübarizə aparmaları üçün təxminən 18 milyard dollar təcili maliyyə yardımı ayırmaq qərarı qəbul edib.
ENA.az xəbər verir ki, IMF-nin sözcüsü Gerry Rice, əlavə 50-dən çox ölkənin də müraciətlərinin qiymətləndirildiyini açıqlayıb.
Rice müraciətləri qiymətləndirilən ölkələrin hamısının adını verməyib.