Çində tamamilə messencerlə idarəolunan otel açılıb
Şanxayda məşhur WeChat messencerinin dəstəyinə sahib “ağıllı” otel istifadəyə verilib. Bu oteldə qalmağı qərar vermiş istifadəçilər otel otağını bronlaşdırmanı, bronlaşdırılmış otağın qapısını açmağı və bronlaşdırma zamanı şəxsiyyətin təsdiq edilməsini tamamilə WeChat ilə edə bilərlər. Beləliklə istifadəçi WeChat vasitəsilə istədiyi otel otağını bronlaşdırır. Otelə gələn zaman o öz şəxsiyyətini istifadəçi üzünün skan texnologiyası vasitəsilə təsdiqləyir və daha sonra otel otağına giriş üçün rəqəmsal açar əldə edir.
Baxmayaraq ki, sözügedən otel yerin 27 metr dərinliyində yerləşir, orda yüksək sürətli internet mövcuddur. Qeyd etmək lazımdır ki, WeChat messencerinin sahibi olan Tencent şirkəti hələ 2014-cü ildən bəri “ağıllı” otellərin inkişafı sahəsində çalışır. Bu sahədə əsas yeniliklərdən biri də insanların sürətli şəkildə yoxlanış prosesindən keçmələri üçün istifadəçi üzünün skan texnologiyasının bu sahəyə inteqrasiya olunmasıdır. İstifadəçilər WeChat vasitəsilə otel otağının ödənişini edə, müxtəlif növ xidmətləri otağa sifariş edə, otaqdakı temperaturu dəyişə, işığı və pərdələrin vəziyyətlərini ayarlaya bilərlər.