Neft sürətlə bahalaşır - SON QİYMƏT
Dünya bazarında xam neftin qiymətləri ötən günkü azalmadan sonra bu gün sürətlə artmaqdadır.
ENA.az xəbər verir ki. Bakı vaxtı ilə saat 18:15-ə olan məlumata görə, Londonun "ICE Futures" birjasında “Brent markalı neftin iyul fyuçerslərinin bir barelinin qiyməti 11,43% artaraq 30,31 ABŞ dolları təşkil edib.
Nyu-Yorkun “Nymex” əmtəə birjasında WTI markalı neftin iyun fyuçerslərinin bir barelinin qiyməti 17,66% artaraq 23,99 ABŞ dolları olub.
Qeyd edək ki, "Brent" markalı neftin qiyməti sonuncu dəfə aprelin 15-də 30 dolları keçmişdi.