Bu il Neft Fonduna AÇG və Şahdəniz üzrə 2 milyard dollardan çox gəlir daxil olub
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku üzrə mənfəət neftinin və “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensatın satışından 1,983 mlrd. ABŞ dolları daxil olub.
“ENA” bu barədə ARDNF-ə istinadən xəbər verir.
Bu məbləğin 112 mln. dolları “Şahdəniz” qaz-kondensat yatağından hasil edilən kondensat satışının payına düşüb.
Qeyd edək ki, AÇG-də mənfəət neftinin satışından ARDNF-ə vəsait 2001-ci ildən daxil olur.