Ceff Bezos ifadə verəcək – Ciddi ittihamla üzləşib

ABŞ-ın “Amazon” korporasiyasının rəhbəri Ceff Bezos Konqressə ifadə verməyə çağırılıb.
Bu barədə nümayəndələr palatasının hüquq komitəsinin mətbuat xidməti məlumat yayıb.
Şirkət rəqiblərini izləmədə şübhəli bilinir.
Qanunvericilərə daxil olan informasiyaya görə, ABŞ-ın ən böyük onlayn ticarət meydançası satıcıların məxfi məlumatlarını əldə edir, sonra isə onları rəqib məhsulların yaradılmasında istifadə edirdi.