"Brent" nefti 27 dollaradək bahalaşıb
ENA.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,80 ABŞ dolları və ya 4,25% artaraq 19,64 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti isə 0,52 dollar və ya 1,96% artaraq 27,00 dollar təşkil edib.